Son 10-15 ilə qədər kütləvi informasiya vasitələrinin əsas yükünü televiziya, radio və qəzetlər daşıyırdısa, internet medianın meydana çıxması ilə ictimaiyyətin daha dolğun və operativ məlumat alması baxımından bu işlərə yeni dizayn verildi. Elektron xəbər saytları, portallar və ən əsası sosial media, ənənəvi kütləvi informasiya vasitələrini, ələlxüsus da, xəbəri oxucu kütləsinə çatdırmaq yükünü özündə daşıyan qəzetlərin fəaliyyətini tədricən sıxışdırırdı. Müasir dünyada gedən bu proses sözsüz ki, Azərbaycanda çap olunan nəşrlərə, o cümlədən ölkəmizdə digər sahələr kimi elektroenergetika sistemində baş verən məlumatları ictimaiyyətə çatdıran “Azərenerji” ASC-nin rəsmi orqanına da sirayət edirdi. Qeyd olunanları nəzərə alaraq “Azərenerji” ASC-nin mətbu orqanı kimi fəaliyyət göstərən “Azərbaycan işıqları” qəzeti də bu sahədə görülən işləri oxucuları ilə paylaşsa da, bizlər elektroenergetika sahəsində, eyni zamanda dünyada bu və digər sahələrdə baş verən prosesləri daha dolgun və göz oxşayan şəkildə ictimaiyyətin diqqətinə çatdırılması qənaətinə gəldik.

Bu baxımdan uzun müddətli tarixi olan “Azərbaycan işıqları” qəzeti günün tələblərinə artıq cavab vermədiyini nəzərə alaraq bu mətbu orqanın nəşrini dayandırıb, onun əvəzində eyni adda analitik informasiya jurnalı buraxıb, onu zamanın nəbzinə uyğunlaşdırmağı qərara aldıq. Ancaq bununla yanaşı xüsusi ehtiramla vurğulamaq istərdik ki, “Azərbaycan işıqları” qəzetinin özünəməxsus tarixi olub. Qəzet Azərbaycan Respublikası enerjisisteminin yeganə ixtisaslaşmış mətbu orqanı kimi 1992-ci ildən “Azərbaycan işıqları” adı altında nəşr edilib. Həmin vaxt qəzetin redaksiyası ölkənin elektroenergetika mərkəzlərindən biri olan Mingəçevir şəhərində yerləşib. 2003-cü ilin may ayında redaksiya Bakıya köçürülüb. Hazırda qəzetin analitik informasiya jurnalı ilə əvəzlənməsi, görülən işləri daha rəngarəng, baxımlı və lokanik üslubda təqdim etməklə yanaşı, inanırıq ki, format baxımından da sosial media mə kanında özünəməxsus yerini tutaraq, elektroenergetikanın təbliğatı baxımından daha geniş oxucu kütləsinin orqanına çevriləcək. Ona görə də “Azərbaycan işıqları” jurnalı tək bir kağız üzərində çap edilən dərgi olmayacaq. Onun sosial şəbəkədə vebsəhi fəsi yaradılaraq vizuallaşdırılacaq. Bu baxımdan düşünürük ki, müasirlik nöqteyi-nə zərindən “Azərbaycan işıqları” jurnalının kollektivi kimi, yeni çap formatında bu günün tələblərinə cavab verən məlumatları daha dolgun və operativ şəkildə ictimaiyyətin diqqətinə çatdıracağıq. Ən əsası isə yeni dərgi elektroenergetika sahəsinə yeni nəfəs gətirməklə bərabər, maarifləndirmə istiqamətində yazıların təhlil və şərh edilməsinə də geniş meydan açacaq.