Azərbaycan işıqları

«Azərbaycan işıqları» qəzeti ölkəmizin elektrik energetikası sahəsinin yeganə ixtisaslaşmış mətbu nəşri kimi 1992-ci ildən nəşr edilir. Əvvəllər qəzetin redaksiyası ölkənin elektroenergetika mərkəzlərindən biri olan Mingəçevir şəhərində yerləşib. «Azərenerji» ASC-nin prezidentinin əmri ilə 2003-cü ilin may ayında redaksiya Bakı şəhərinə köçürülüb, qəzet Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilib, redaksiyanın kadr tərkibi yeniləşdirilib, maddi-texniki bazası möhkəmləndirilib.