İSTİSMAR SƏVİYYƏSİ DAHA DA YÜKSƏLDİLİR

Tarix : 08-02-12 20:00

Ölkəmizin enerji sistemində həyata keçirilən məqsədyönlü tədbirlər, yeni texnologiyaların tətbiqi ilə aparılan quruculuq işləri  istehlakçıların dayanıqlı  və keyfiyyətli elektrik enerjisi ilə təminatını daha da yaxşılaşdırmağa imkan verir. Texniki-iqtisadi göstəricilərin səviyyəsinin yüksəldilməsini, o cümlədən  elektrik enerjisinin dayanıqlı ötürülməsini təmin etmək üçün nəzərdə tutulan texniki tədbirlər cari ildə də davam etdirilir.

“Xızı” və “Bağlar” elektrik şəbəkələrinin (EŞ) kollektivi də öhdələrinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışırlar. Ötən ilin son üç ayinda da elektrik enerjisinin istehlakçılara çatdırılmasında uğurlu addımlar atılıb.

„Xızı EŞ”dən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxilı olan məlumata görə, bu istiqamətdə atılan addımlar sırasına Sitalçay transformator məntəqəsində (TM) 160 KVA gücündə bir ədəd transformatorun yenisi ilə əvəz edilməsi, Giləzi qəsəbəsində və Xızı şəhər Fin evləri ərazisində isə hər birində bir ədəd tranformatorun təmirdən sonra şəbəkəyə qoşulması daxildir. Eyni zamanda TM-lərdə digər avadanlıqlara da baxış keçirilmiş və xeyli sayda ayrıcı qoruyucusu yenisi ilə əvəzlənmişdir.

Qeyd edək ki, analoji tədbirlər elektrik verilişi xətlərində də (EVX) həyata keçirilmişdir. O cümlədən, 10 kV-lik “Baxışlı” HX-nin bir kilometri yenisi ilə əvəzlənmiş, yenidənqurma tədirləri çərçivəsində SİP kabellər çəkilmişdir.

Yeri gəlmişkən, 35 kV-lik “Fındığan”, “Altıağac”, “Yeni Yaşma” yarımstansiyalarında da müxtəlif təyinatlı təmir işləri aparılmışdır.

„Bağlar“ EŞ-in xidməti ərazisində də istehlakçıların elektrik enerjisi təchizatının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər yerinə yetirilir. Bütün imkan və qüvvələr ötürücü və paylayıcı şəbəkələrin istismar səviyyəsinin yüksəldilməsinə yönəldilib.

Sözügedən EŞ-dən əldə etdiyimiz məlumatda bildirilir ki,  ötən ilin IV rübündə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində xidməti ərazidəki 10 kV-lik „Məhəmmədi“ HX-də bir ədəd yeni 1000 KVA gücündə transformator quraşdırılaraq istehlakçıların istifadəsinə verilmişdir. 6 kV-lik „Fider-3“ HX-də isə 250 KVA gücündə transformator yenisi ilə əvəzlənmişdir. Həmçinin xidməti ərazidəki TM-lərdə 80 ədəd ayrıcı qoruyucusu ilə quraşdırılmışdır.

Onu da qeyd edək ki, 6 kV-lik „Fatmayi-2“, „Fider-1“, „Bağ-3“, „Goradil“ və digər HX-lərində də müxtəlif təyinatlı təmir işləri aparılmış və ümumilikdə 8 kilometr xətt yeniləşdirilmişdir. Eyni zamanda əhalinin elektrik enerjisi təchizatinin dayanıqlığının və keyfiyyətinin daha da möhkəmləndirilməsi üçün ümumi uzunluğu 3800 metrdən artıq olan iki ədəd yeni 0,4 kV-lik xətt çəkilmişdir.