“AZƏRBAYCAN İES” 2011-CI ILI DƏ UĞURLA BAŞA VURDU

Tarix : 17-01-12 20:00

 

Ölkəmizin ən böyük enerji istehsalçısı olan Azərbaycan İES-in kollektivi proqnozlaşdırılmış plan tapşırıqlarına ötən ilin dekabr ayında da uğurla əməl ediblər. Stansiyada dekabr ayında 745  milyon 382 min  kilovatsaatdan artıq  elektrik enerjisi istehsal olunub ki, bu da nəzərdə tutulduğundan 382 min kilovat-saat çoxdur.

Stansiyadan “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata  görə, ötən  il ərzində isə  burada 6 milyard 289,2 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir ki, bu da proqnozlaşdırıldığından təxminən 15 milyon kilovatsaat çoxdur.

Qeyd edək ki, enerji istehsalçıları həm şərti yanacağa, həm də elektrik enerjisinə qənaət ediblər. Mənbəyə istinadən qeyd edək ki, stansiya dispetçer qrafikinə uyğun fəaliyyətini davam etdirir.

Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, ötən ilin IV rübündə 2 saylı tuneldə  tikinti işləri aparılmış və hazırda da davam etdirilir. Belə ki, qidalandırıcı kanalda torpaq işləri görülür, kipləndirmə və çınqıl qatının yayılması işləri aparılır. 2 ədəd iki və üç keçidli şlyuzun birləşdiyi yerdə də müvafiq işlər davam etdirilir.

Yanğın təhlükəsizliyi ilə əlaqədar verilən məlumatda isə bildirilir ki, stansiyadaxili yanğınsöndürmə su xətləri dairəvi sxem üzrə yığılmış, nasosxana saz vəziyyətə gətirilmiş, avtomatik yanğınsöndürmə sistemləri təftiş edilmiş, bütün istehsalat sexlərində əmıliyyat heyəti ilə yanğına qarşı əks-qəza məşqləri keçirilmişdir.