REYDLƏR NƏTİCƏ VERİR

Tarix : 12-01-12 10:21

Digər elektrik şəbəkələrində (EŞ) olduğu kimi, “Bağlar” və “Xızı” EŞ-lərinin əməkdaşları tərəfindən də elektrik enerjisindən qeyri qanuni istifadə hallarının qarşısı vaxtında alınır və həmin istehlakçılar barəsində müvafiq tədbirlər görülür.

Bağlar EŞ-dən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə,  2011-ci ilin dekabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 66 istehlakçının (bunun 65 ədədi məişət abonenti (əhali) istehlakçıları qrupuna məxsusdur) sayğac uçot komplektində qüsur aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 162,5 min  kilovatsaata yaxın (bunun 162,1 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 9,7 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 13 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir.

Qeyd edək ki, 2011-ci il ərzində isə burada aşkar edilmiş 650 qayda pozuntusuna (bunun 600 ədədi məişət abonenti (əhali) istehlakçıları qrupuna məxsusdur) görə 3 milyon 27,1 min kilovatsaata yaxın (bunun 2 milyon 262,4 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 181,6 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat dövründə həmin bu məbləğin 88 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Xızı EŞ-dən əldə edilən məlumata görə, ötən il ərzində müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 90-a yaxın istehlakçının (bunun 65 ədədi məişət abonenti (əhali) istehlakçıları qrupuna məxsusdur) elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilərək müvafiq qaydada aktlar tərtib edilmişdir. Aktlar üzrə hesabat aparılaraq 394,6 min kilovatsaata yaxın (bunun 226,9 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir)  itirilmiş elektrik enerjisinin 23,6 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat dövründə həmin bu məbləğin 83 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.