PAYLAYICI ELEKTRİK ŞƏBƏKƏLƏRDƏ TƏMİR DAVAM EDİR

Tarix : 11-01-12 08:23

İstehlakçıların elektrik enerjisinə olan tələbatını tam və keyfiyyətli şəkildə ödəmək, o cümlədən texnoloji itkilərin müəyyən olunmuş həddə saxlanılması, kommersiya itkilərinin qarşısının alınması məqsədilə Regional Elektrik Şəbəkə (REŞ) müəssisələrində mühüm addımlar atılır. Həyata keçirilmiş məqsədyönlü tədbirlər istehlakçılara verilən elektrik enerjisinin keyfiyyətini daha da yaxşılaşdırmağa, elektrik verilişi xətlərində texniki itkiləri azaltmağa imkan yaratmışdır.

“Azərenerji” ASC-nin Mətbuat xidmətinə “Göranboy elektrik şəbəkəsindən” (EŞ) daxil olan məlumata görə, bu enerji təsərrüfatında da yenidənqurma işlərinin aparılması sayəsində müasir dövrün tələbləri ilə uzlaşan mütərəqqi texnologiyalardan istifadə olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Belə ki, 10 kV-luq II “Şəhər”, “Todan”, I “Hüsənli” və digər hava xətlərində (HX) aparılmış təmir və yenidənqurma işləri nəticəsində ümumilikdə, uzunluğu 24 kilometrdən artıq xətt və 20 ədəd dayaq yenisi ilə əvəz edilmişdir. Eyni zamanda 0,4 kV-lik elektrik verilişi xətlərinin (EVX) isə 11 kilometrindən artıq hissəsində təmir işləri həyata keçirilmiş və 9 ədəd dayaq yenisi ilə əvəz edilmişdir.

Qeyd edək ki, sözügedən müəssisənin balans mənsubiyyətinə aid olan transformator məntəqələrində (TM) də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Təmir kampaniyası 43 ədəd TM-i əhatə etmiş və bundan əlavə 14 transformator təmir edildikdən sonra yenidən sxemə qoşulmuşdur. Bütün bunlarla yanaşı sayğac uçot komplektinə nəzarəti gücləndimək məqsədilə 760 ədəd yeni syğac quraşdırılmışdır.

Göyçay EŞ-dən əldə edilən məlumatda isə bidirilir ki, müəssisənin balans mənsubiyyətinə aid 10 və 0,4 kV-lik xətlərdən olan 1-ci “Quşçuluq”, “Broyler”, V “Şəhər” və digər xətlərdə aprılmış təmir işləri zamanı həmin bu xətlərin 64 kilometrdən artıq hissəsi və xeyli sayda izolyator dəyişdirilimiş, eyni zamanda 10 kV-lik V “Şəhər” HX-nin qabariti bərpa edilmişdir. Bütün bunlarla yanaşı 54 dayaq yenisi ilə əvəz edilmişdir. Həmçinin xeyli sayda da travers quraşdırılmışdır.

Onu da qeyd edək ki, şəbəkəsinin əməkdaşları tərəfindən rayonun müxtəlif ərazilərində - “İncə”, “Potu” və digər ərazilərdə yerləşən bir sıra TM-lərin ətrafı çəpərlənmiş, 50-dən artıq TM-də müxtəlif təyinatlı təmir işləri aparılmış, 13 ədəd transformator əsaslı təmir edildikdən sonra yenidən sxemə qoşulmuşdur. Bütün bunlarla yanaşı, yenidənqurma və təmir işləri zamanı 235-dən artıq yeni sayğac quraşdırılmış, 135 ədəd sayğac isə  dəyişdirilmişdir.