REYDLƏR MÜNTƏZƏM OLARAQ DAVAM ETDİRİLİR

Tarix : 23-12-11 10:20

“Azərenerji” ASC-nin Mətbuat xidmətinə “Göyçay elektrik şəbəkəsindən” (EŞ) daxil olan məlumata görə,  cari ilin noyabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 48 qayda pozuntusu (bundan 26-ı məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) aşkar edilərək akt tərtib olunmuş, 288 min kilovatsaata yaxın (bunun 123,8 min kilovatsaatadan çoxu məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 17,3 min  manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 41 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir.

Qeyd edək ki, cari ilin 11 ayı ərzində isə 264 istehlakçının (bundan 193-ü məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 960 min  kilovatsaata yaxın (bunun 553,8 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 57,6 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 90 faizdən çox hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

“Goranboy” EŞ-dən əldə edilən məlumata görə, cari ilin noyabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 110-dan çox qayda pozuntusu (bundan 97-i məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) faktı aşkar olunmuş, 289,3 min kilovatsaata yaxın (bunun 189,7 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 17,4 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 10 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir.

Onu da qeyd etmək yerinə düşərdi ki, cari ilin 11 ayı ərzində keçirilmiş reydlər zamanı 821 istehlakçının (bundan 668-i məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) sayğac uçot komplektində qüsur aşkar edilərək 4 milyon 92,2 min kilovatsaatdan artıq (bunun 2 milyon 77,5 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 245,5 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 55 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.