TƏMİR İŞLƏRİ YERİNƏ YETİRİLİR

Tarix : 22-12-11 10:36

“Azərenerji” ASC-nin bütün enerji obyektlərində olduğu kimi “İmişli Regional Elektrik Şəbəkəsi”nin (REŞ) tabeliyində olan Beyləqan və Sabirabad Elektrik Şəbəkələrinin (EŞ) balans mənsubiyyətinə aid olan transformator məntəqələrində (TM) və enerjidaşıyıcı xətlərdə təmir işləri uğurla həyata keçirilmişdir. REŞ-dən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə  verilən məlumata görə, avadanlıqların iş səmərəliliyinin artırılması məqsədilə bir sıra əsaslı təmir və texniki təftiş işləri aparılmış, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin sabit və dayanıqlı işləməsi, istismar səviyyəsinin  yüksəldilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir.

Mənbəyə istinadən qeyd edək ki, Beyləqan EŞ üzrə 110 kV-luq “Beyləqan” YS-dan çıxan 10 kV-luq “Yuxarı Aran”, “Yağ zavodu”, “Şəhər-1”, “Şəhər-3”, “Şəhər-4”, həmçinin, eyni gərginlikli  “Yeni Beyləqan” YS-dan çıxan 10 kV-luq “Eyvazlılar”, “Təzəkənd”, “Məntəqə” və digər HX-lərin ümumilikdə 6,7 kilometrə yaxın hissəsində təmir işləri aparılmışdır.

Eyni zamanda qış mövsümünə hazırlıq çərçivəsində 0,4 kV-luq EVX-lərdə də nəzərəçarpacaq dərəcədə təmir-bərpa işləri yerinə yetirilmişdir. O cümlədən, rayonun Eyvazlılar, Təzəkənd, Qarallar, Türklər və digər kəndlərində ümumilikdə 3 kilometrə yaxın xətdə əsaslı və car təmir işləri aparılmışdır.

Qeyd edək ki, cari ilin son üç ayı ərzində EŞ-in xidməti ərasində 23 ədəd müxtəlif güclü 10/0,4 kV-luq transformatorlar da əsaslı və cari təmir edilərək istehlakçıların istifadəsinə verilmişdir.

Sabirabad EŞ-də isə cari ilin son üç ay ərzində 10 kV-lik I-III “Şəhər”, “Cavad”, “Narlıq”, “Surra” və digər hava xətlərinin ümumilikdə 5,6 kilometrə yaxın hissəsində əsaslı və təmir işləri aparılmışdır.

Onu da qeyd edək ki, şəbəkənin əməkdaşları tərəfindən cari ilin son üç ayı ərzində Sabirabad rayonu üzrə 26 ədəd müxtəlif güclü 10/04 kV-luq transformatorlar əsaslı və cari təmir olunaraq normal iş rejiminə gətirilərək istehlakçıların istifadəsinə verilmişdir.     Yeri gəlmişkən, sözügedən dövr ərzində EŞ-in balans mənsubiyyətinə aid olan 0,4 kV-lik elektrik verilişi xətlərində ümumilikdə 3,5 kilometrdən artıq hissəsində əsaslı və cari təmir işləri aparılmışdır.

Mənbədən daxil olan məlumata istinadən qeyd edək ki, təsdiq edilmiş plan-qrafikdə nəzərdə tutulmuş və istismar zamanı mövcud olan digər təmir-bərpa işlərinin müvəffəqiyyətlə həyata keçirilməsi istiqamətində tədbirlər hazırda davam etdirilir.