REYDLƏR MÜNTƏZƏM OLARAQ DAVAM ETDİRİLİR

Tarix : 25-11-11 10:36

“Azərenerji” ASC-nin Mətbuat xidmətinə Mingəçevir elektrik şəbəkəsindən (EŞ) daxil olan məlumata görə,  cari ilin oktyabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 5 qayda pozuntusu (bu abonent (q/əhali) istehlakçılar qrupuna aiddir) aşkar edilərək akt tərtib olunmuşdur. Aktlar üzrə müvafiq qaydada hesabat aparılaraq 10,7 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 644 manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 56 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir.

Qeyd edək ki, cari ilin 10 ayı ərzində isə burada 112 istehlakçının (bundan 43-ü məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 1 milyon 173 min  kilovatsaatdan artıq (bundan 253,6 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 50,4 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 16 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Ağdam EŞ-dən əldə edilən məlumata görə, cari ilin oktyabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 64 qayda pozuntusu faktı aşkar olunmuşdur ki, bundan da 58-i məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılaraq 143,2 min kilovatsaatdan artıq (bundan 119 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 8,6 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmişdir.

Onu da qeyd edək ki, 2011-ci ilin 10 ayı ərzində keçirilmiş reydlər zamanı 794 istehlakçının (bundan 560-ı məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) sayğac uçot komplektində qüsur aşkar edilərək 9 milyon 141,3 min kilovatsaatdan artıq (bundan 1 milyon 415 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 548,5 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Ağsu EŞ-in xidməti ərazisində cari ilin oktyabr ayında  keçirilmiş reydlər zamanı 6 qayda pozuntusu (bu məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir)  faktı aşkar edilərək müvafiq qaydada aktlaşdırılmışdır. Nəticədə 12,6 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 755 manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmişdir.

Yeri gəlmişkən, ümumiyyətlə cari ilin 10 ayı ərzində burada 163 qayda pozuntusu (bundan 149-ı məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir)  faktı aşkar edilərək 411,7 min kilovatsaata yaxın (bundan 359,3 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 24,7 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 10 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.