REYDLƏR MÜTƏMADİ KEÇİRİLİR

Tarix : 23-11-11 11:11

Digər elektrik şəbəkələrində (EŞ) olduğu kimi, “Göygöl”, “Şəmkir” və “Qazax” EŞ-lərinin əməkdaşları tərəfindən də elektrik enerjisindən qeyri qanuni istifadə hallarının qarşısı vaxtında alınır və həmin istehlakçılar barəsində müvafiq tədbirlər görülür.

“Azərenerji” ASC-nin Mətbuat xidmətinə Göygöl elektrik şəbəkəsindən (EŞ) daxil olan məlumata görə,  cari ilin oktyabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 18 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 110,2 min  kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 6,6 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğlə yanaşı ötən ayların aktlarından yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilmişdir.

Qeyd edək ki, 2011-ci ilin 10 ayı ərzində aşkar edilmiş 247 qayda pozuntusuna görə 1 milyon 616,5 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 96,9 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 63 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Şəmkir EŞ-dən əldə edilən məlumata görə, burada cari ilin oktyabr ayında keçirilmiş reydlər zamanı 65 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilərək müvafiq qaydada aktlar tərtib edilmişdir. Aktlar üzrə hesabat aparılaraq 614,6 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 36,9 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğlə yanaşı ötən ayların aktlarından yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilmişdir.

Mənbəyə istinadən onu da qeyd edək ki, cari ilin 10 ayı ərzində isə müəssisə üzrə 560 qayda pozuntusu aşkar edilərək 5 milyon 271,5 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 316,3 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində  həmin bu məbləğin 77 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Qazax EŞ-də isə, cari ilin 10 ayı ərzində keçirilmiş reydlər zamanı 145 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 522,9 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 31,4 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 90 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir. O cümlədən, 2011-ci ilin oktyabr ayında keçirilmiş reydlər zamanı 15 qayda pozuntusu faktı aşkar edilərək 40,1 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 2,4 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğlə yanaşı ötən ayların aktlarından yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilmişdir.

aYeri gəlmişkən,  2011-ci ilin 10 ayı ərzində aşkar edilmiş qayda pozuntularına görə “Göygöl” EŞ-də 8, “Şəmkir” EŞ-də 5 və “Qazax” EŞ-də 2 istehlakçının sənədləri tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmişdir. O cümlədən, cari ilin oktyabr ayı ərzində isə “Göygöl”, “Şəmkir” və “Qazax” EŞ-lərinin hər birindən  bir istehlakçı barəsində toplanmış sənədlər tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmişdir.