REYDLƏR DAVAM ETDİRİLİR

Tarix : 03-11-11 11:53

İstehlakçılara göstərilən  xidmətin keyfiyyətinin daha da yüksəldilməsi, texnoloji itkilərin müəyyən olunmuş həddə saxlanması, istehlak edilmiş elektrik enerjisinin sərfinə görə ödənişlərin 100 faizə çatdırılması qarşımızda duran ən mühüm vəzifədir. Bütün bunlarla yanaşı elektrik enerjisindən istifadə zamanı qaydaların pozulmasının qarşısının alınması istiqamətində də xeyli işlər görülmüş və bu işlər hazırda da davam etdirilir.

“Azərenerji” ASC-nin Mətbuat xidmətinə “Zaqatala” elektrik şəbəkəsindən (EŞ) daxil olan məlumata görə, cari ilin sentyabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 49 istehlakçının (bundan 30-u məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 124,7 min  kilovatsaata yaxın (bundan 72,7 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 7,4 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 40 faizdən artıq hissəsinin ödənişi təmin edilmişdir.

Qeyd edək ki, cari ilin 9 ayı ərzində isə 699 qayda pozuntusu aktı tərtib olunmuşdur ki, bunun da 557-si məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir. Müvafiq qaydada hesabat aparılaraq 2 milyon 688,7 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 161,3 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 35 faizdən çox hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

İsmayıllı” EŞ-dən əldə edilən məlumata görə, cari ilin sentyabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 15 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilmişdir ki, bundan da 13-ü məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 21,7 min kilovatsaatadan artıq itirilmiş elektrik enerjisinin 1,3 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. O cümlədən, məişət abonenti (əhali) istehlakçılar qrupunda isə bu göstəricilər müvafiq olaraq 17,6 min kilovatsaatdan artıq və 1,1 min manata yaxın olmuşdur.

Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat ayında həmin bu məbləğin ödənişi təmin edilmişdir.

Mənbəyə istinadən onu da qeyd edək ki, cari ilin 9 ayı ərzində 207 qayda pozuntusu fakt aşkar olunmuşdur ki, bundan 147-si məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir. Nəticədə 825,1 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 49,5 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir.

Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 24 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

“Qəbələ” EŞ-də isə cari ilin sentyabr ayında keçirilmiş reydlər zamanı 23 istehlakçının (bundan 20 ədədi məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilərək müvafiq qaydada aktlar tərtib edilmişdir. Aktlar üzrə hesabat aparılaraq 36,5 min kilovatsaata yaxın (bundan 7,8 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 2,2 manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin ödənişi təmin edilmişdir.

Yeri gəlmişkən, 2011-ci ilin 9 ayı ərzində isə sözügedən müəssisə üzrə 426 qayda pozuntusu (bundan 338 ədədi məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) aşkar edilərək 1 milyon 16,8 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 61 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həmin bu məbləğin 42 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Onu da qeyd etmək yerinə düşərdi ki, sözügedən müəssisələrin də daxil olduğu “Şəki” REŞ (buraya yuxarıda qeyd edilən müəssisələrlə yanaşı “Şəki”, “Balakən”, “Qax” və “Oğuz” EŞ-ləridə daxildir) üzrə isə cari ilin 9 ayı ərzində 2448 qayda pozuntusu (bundan 2022 ədədi məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) aşkar edilərək 7 milyon 145,6 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 428,7 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat dövründə həmin bu məbləğin 36 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir. O cümlədən, sentyabr ayında 188 qayda pozuntusu (bundan 154 ədədi məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) faktı aşkar edilmiş və 439,5 min kilovatsaata yaxın (bundan 309,4 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 26,3 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin ödənişi təmin edilmişdir.