REYDLƏR KEÇİRİLİB

Tarix : 01-11-11 08:11

“Azərenerji” ASC-nin Mətbuat xidmətinə Salyan elektrik şəbəkəsindən (EŞ) daxil olan məlumata görə, cari ilin sentyabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 95 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 279,5 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 16,8 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 25 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir.

Qeyd edək ki, cari ilin 9 ayı ərzində burada 764 qayda pozuntusu faktı aşkar olunmuşdur. Nəticədə 2 milyon 189,6 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 131,4 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 31 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Lənkəran EŞ-dən daxil olan məlumata görə, cari ilin sentyabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 21 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 108,5 min  kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 6,5 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin ödənişi təmin edilmişdir.

Mənbəyə istinadən onu da qeyd edək ki, 2011-ci ilin 9 ayı ərzində burada keçirilmiş reydlər zamanı aşkar edilmiş 286 qayda pozuntusuna görə 1 milyon 164 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 69,8 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 89 faizdən çox hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Lerik EŞ-də isə cari ilin 9 ayı ərzində keçirilmiş reydlər zamanı 7 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilərək müvafiq qaydada aktlar tərtib edilmişdir. Aktlar üzrə hesabat aparılaraq 21,5 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 1,3 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin ödənişi təmin edilmişdir.

Onu da qeyd etmək yerinə düşərdi ki, sözügedən müəssisələrin də daxil olduğu “Şirvan” REŞ (buraya yuxarıda qeyd edilən müəssisələrlə yanaşı Şirvan, Neftçala, Hacıqabul, Cəlilabad, Biləsuvar, Masallı, Yardımlı və Astara EŞ-ləri də daxildir) üzrə isə cari ilin 9 ayı ərzində 2916 qayda pozuntusu aşkar edilərək 15 milyon 232,6 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 913,9 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 48 faizdən artıq hissəsinin ödənişi hesabat dövründə təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir. O cümlədən, sentyabr ayında isə 350 qayda pozuntusu faktı aşkar edilmiş və 1 milyon 119,2 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 67,1 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 82 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir.