ÜMUMİ MƏLUMAT

"Azərenerji" elektrik enerjisinin istehsalını, ötürülməsini həyata keçirən Dövlət Elektroenergetika müəssisəsidir. İstehsal etdiyi enerjinin topdan satışını həyata keçirir. Səhmləri 100 % dövlətə məxsusdur. Təşkilatı-hüquqi forması açıq səhmdar cəmiyyətidir. Respublikamızda generasiya gücləri artırılması, yüksək gərginlikli enerji veriliş xətlərinin yenidən qurulması, elektrik enerjisninin idxal-ixracı üçün iqtisadi siyasətini həyata keçirir.