ENERJİNİN İSTEHSALI
"Azərenerji" ASC | ||
---|---|---|
İstilik Elektrik Stansiyaları | Su Elektrik Stansiyaları | Kiçik Su Elektrik Stansiyaları |
Azərbaycan İES - 2 400 MVt | Mingəçevir SES - 424 MVt | Göyçay KSES - 3.1 MVt |
Cənub ES - 780 MVt | Şəmkir SES - 380 MVt | İsmayıllı-1 KSES - 1.6 MVt |
Sumqayıt ES - 525 MVt | Yenikənd SES - 150 MVt | İsmayıllı-2 KSES - 1.6 MVt |
Füzuli SES - 25 MVt | Balakən-1 KSES - 1.5 MVt | |
Səngəçal ES - 300 MVt | Taxtakörpü SES - 25 MVt | Qusar KSES - 1 MVt |
Bakı İEM - 107 MVt | Şəmkirçay SES - 25 MVt | Astara-1 KSES - 0.260 KVt |
Bakı ES - 105 MVt | Varvara SES - 18 MVt | Güləbird KSES - 8 MVt |
Şahdağ ES - 105 MVt | ||
Astara ES - 87 MVt | ||
Şəki ES - 87 MVt | ||
Xaçmaz ES - 87 MVt | ||
Lerik ES - 16.5 MVt | ||
Naxçıvan MR Elektrik Stansiyaları | ||
Naxçıvan ES - 87 MVt | Araz SES - 22 MVt | Vayxır KSES - 5 MVt |
Naxçıvan qaz-turbin ES - 64 MVt | Biləv SES - 22 MVt | |
Ordubad SES - 36 MVt |
İstilik elektrik stansiyaları
-
Azərbaycan İES - 2 400 MVt
Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1974-cü ildə tikintisinə başlanmış, ümumi gücü 2400 meqavat olan "Azərbaycan" İstilik Elektrik Stansiyasının birinci enerji bloku 1981-ci ildə, səkkizinci enerji bloku isə 1990-cı ildə istismara verilmişdir.
Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan, 8 enerji blokundan ibarət, ümumi gücü 2400 meqavat (MVt) "Azərbaycan" İstilik Elektrik Stansiyasının birinci enerji bloku ümummilli Lider Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə 1981-ci il oktyabrın 20-də istifadəyə verilmişdir.
Bu əlamətdar hadisə Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin əsasını qoymuşdur.
Məhz həmin tarix - oktyabrın 20-si Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli 446 saylı Sərəncamına əsasən, hər il "Energetiklər Günü" kimi qeyd edilir.
-
Cənub ES - 780 MVt
Qoyuluş gücü 780 MVt olan "Cənub" elektrik stansiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 24 dekabr 2007-ci il tarixində təməli qoyulmuş və 1 iyul 2013-cü il tarixində işə salınmışdır.
-
Sumqayıt ES - 525 MVt
2005-ci il 12 avqust tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təməli qoyulmuş 525 MVt gücündə Sumqayıt elektrik stansiyası 2009-cu il 19 noyabr tarixində istifadəyə verilmişdir.
-
Şimal 1 və 2 ES - 800 MVt
2000-ci il 19 dekabr tarixində ümummilli Lider Heydər Əliyev tərəfindən 400 MVt gücündə Buxar-Qaz Qurğusunun təməli qoyulmuş və 29 noyabr 2002-ci ildə istismara verilmişdir
2011-ci ilin 21 sentyabrnda Cənab Prezident İlham Əliyev tərəfindən 400-MVt Şimal 2 ES təməli qoyulub, 5 sentyabr 2019-cu il tarixində istismara verilib.
-
Səngəçal ES - 300 MVt
2007-ci ilin fevral ayında 300 MVt gücündə Səngəçal elektrik stansiyasının tikintisinə başlanmış və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2008-ci il 24 dekabr tarixində elektrik stansiyası istismara verilmişdir.
-
Bakı İEM - 107 MVt
1999-cu ilin iyun ayında ümummilli Lider Heydər Əliyev tərəfindən Bakı İstilik Elektrik Mərkəzində ümumi gücü; 107 meqavat olan iki qaz turbin qurğusunun təməli qoyulmuş və 2001-ci ilin iyulunda istismara verilmişdir.
-
Bakı ES - 105 MVt
2006-cı il 15 iyul tarixində Bakı şəhərində gücü 105 MVt olan elektrik stansiyasının tikintisinə başlanmış və ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 2007-ci il 22 fevral tarixində stansiya istifadəyə verilmişdir.
-
Şahdağ ES - 105 MVt
2008-ci ilin aprel ayında tikintisinə başlanmış 105 MVt-lıq "Şahdağ" elektrik stansiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 18 sentyabr 2009-cu il tarixində istismara verilmişdir.
-
Astara ES - 87 MVt
2005-ci il 8 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 87 MVt gücündə Astara elektrik stansiyasının təməli qoyulmuş və 2006-cı il 3 fevral tarixində istismara verilmişdir.
-
Naxçıvan ES - 87 MVt
2006-cı ilin iyun ayında Naxçıvan MR-da 87 MVt gücündə elektrik stansiyasının tikintisinə başlanmış və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2006-cı il 20 dekabr tarixində stansiya istismara verilmişdir.
-
Şəki ES - 87 MVt
2005-ci il 14 oktyabr tarixində 87 MVt gücündə Şəki elektrik stansiyasının tikintisinə başlanmış və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2006-cı il 14 oktyabr tarixində istifadəyə verilmişdir.
-
Xaçmaz ES - 87 MVt
2005-ci il 1 dekabr tarixində 87 MVt gücündə Xaçmaz elektrik stansiyasının tikintisinə başlanmış və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 2006-cı il 7 dekabr tarixində istismara verilmişdir.
-
Naxçıvan qaz-turbin ES - 64 MVt
2006-cı il 20 dekabr tarixində gücü 64 MVt olan Naxçıvan qaz-turbin elektrik stansiyası yenidən qurulduqdan sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istismara verilmişdir.
-
-
Lerik ES - 16.5 MVt
2015-ci ildə Lerik rayonu ərazisində tikintisinə başlanılmış 16,5 MVt gücündə "Lerik" elektrik stansiyası 2018-ci il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən istifadəyə verilmişdir.
Su Elektrik Stansiyaları
-
Mingəçevir SES - 424 MVt
ümumi gücü 424 MVt olan Mingəçevir SES-in inşasına 1946-cı ildə başlanılmış və 1955-ci ildə tam istismara verilmişdir.Ümummilli Lider Heydər Əliyevin tapşırığı ilə 1997-2001-ci illərdə yenidənqurma işləri görülmüşdür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci il 27 fevral tarixində "Mingəçevir" su elektrik stansiyasının yenidənqurmadan sonra istismara verilməsi mərasimində iştirak etmişdir. Yenidənqurma işləri çərçivəsində stansiyanın bütün hidrogeneratorları və hidroturbinləri yeniləri ilə əvəzlənmişdir. Bunun nəticəsində isə imkan gücü 284 MVt olan stansiyanın istehsal gücü artırılaraq 424 MVt-a atdırılmışdır.
-
Şəmkir SES - 380 MVt
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında 1975-ci ildə ümumi gücü; 380 meqavat olan Şəmkir SES-in inşasına başlanılmış və 1983-cü ildə tam istismara verilmişdir.
-
Yenikənd SES - 150 MVt
ümumi gücü 150 meqavat olan Yenikənd SES-in inşasına 2000-ci ildə başlanılmışdır. 2003-cü ildə tam istismara verilmişdir.
-
Füzuli SES - 25 MVt
2008-ci ilin 18 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Füzuli rayonunda Baş Mil kanalı üzərində 25 MVt gücündə su elektrik stansiyasının təməli qoyulmuş və onun iştirakı ilə 2012-cı il 15 dekabr tarixində istismara verilmişdir.
-
Taxtakörpü SES - 25 MVt
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2013-cü il 28 sentyabr tarixində güü 25 MVt olan Taxtakörpü su elektrik stansiyası işə salınmışdır.
-
Şəmkirçay SES - 25 MVt
Gücü; 25 MVt olan "Şəmkir çay" su elektrik stansiyası 2014-cü il 15 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən işə salınmışdır.
-
Biləv SES - 22 MVt
2010-cu il 3 oktyabr tarixində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 22 MVt gücündə Biləv su elektrik stansiyası istismara verilmişdir.
-
Ordubad SES - 36 MVt
2017-ci il 11 yanvar tarixində Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 36 MVt gücündə "Ordubad" Su Elektrik Stansiyasının təməlqoyma mərasimi olmuşdur.
-
Arpaçay 1 - 20.5 MVt, Arpaçay 2 - 1.4 MVt
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2014-cü; il 7 aprel tarixində ümumi gücü 21,9 MVt olan "Arpa çay-1" və "Arpaçay-2" su elektrik stansiyaları işə salınmışdır.
-
Varvara SES - 18 MVt
Ümumi gücü 18 MVt olan Varvara SES-in inşasına 1954-cü ildə başlanılmışdır. 1957-ci ildə isə istismara verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2017-ci il 16 aprel tarixində "Varvara" su elektrik stansiyasının yenidən qurmadan sonar açılışında iştirak etmişdir. Yenidən qurma işləri çərçivəsində stansiyanın bütün hidrogeneratorları və hidroturbinləri yeniləri ilə əvəzlənmişdir. Bunun nəticəsində isə stansiyanın gücü artırılaraq 18 MVt-a çatdırılmışdır.
-
Araz SES - 22 MVt
1964 cü ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində, Araz çayı, Araz su anbarı üzərində su elektrik stansiyasının inşasına başlanılmış və 1970 ci ildə bitirilmişdir. Qoyuluş gücü 22 MVt olan "Araz" Su Elektrik Stansiyası 1971 ci ildə istismara verilmişdir.
Kiçik Su Elektrik Stansiyaları
-
Astara-1 KSES - 260 KVt
2011-ci il 15 aprel tarixində Astara rayonunda İstisu çayı üzərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təməli qoyulmuş 260 KVt gücündə "Astara-1" kiçik su elektrik stansiyası 2018-ci il 15 oktyabr tarixində sistemə qoşulmuşdur.
-
Vayxır SES - 5 MVt
2005-ci ildə Naxçıvan MR-da inşasına başlanan 5 MVt gücündə Vayxır su elektrik stansiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2006-cı il 20 dekabr tarixində istifadəyə verilmişdir.
-
Göyçay SES - 3.1 MVt
2010-cu ilin 12 fevral tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Göyçay rayonu ərazisində 3,1 MVt gücündə "Göyçay-1" su elektrik stansiyasının təməli qoyulmuş və onun iştirakı ilə 2015-ci il 6 oktyabr tarixində işə salınmışdır.
-
İsmayıllı-1 KSES - 1.6 MVt
Qoyuluş gücü 1,6 MVt olan "İsmayıllı-1" kiçik su elektrik stansiyası 2013-cü il 14 avqust tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən işə salınmışdır.
-
Balakən-1 SES - 1.5 MVt
2010-cu ilin 8 iyul tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Balakən rayonunda 1,5 MVt gücündə "Balakən-1" su elektrik stansiyasının təməli qoyulmuşdur. "Balakən-1" kiçik su elektrik stansiyası 2017-ci il 03 avqust tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən işə salınmışdır.
-
Qusar KSES - 1 MVt
2010-cu ilin 12 avqust tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Qusar rayonu ərazisində 1 MVt gücündə "Qusar-1" kiçik su elektrik stansiyasının təməli qoyulmuş və onun iştirakı ilə 2012-ci il 20 dekabr tarixində istifadəyə verilmişdir.
-
Güləbird KSES - 8 MVt
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində işğaldan azad edilən Laçın rayonunun ərazisində yerləşən 8 MVt gücündə "Güləbird" kiçik su elektrik stansiyası yenidən qurulub və 2021-ci ilin 14 fevral tarixində istismara verilib.