MÜHƏNDİS-TEXNİKİ TƏDBİRLƏR HƏYATA KEÇİRİLİR

Tarix : 22-02-11 13:34

 

Görülən bütün mühəndis-texniki tədbirlər həm enerji itkisinin qarşısının alınmasında, həm istehlakın dəqiqləşdirilməsində, həm də ümumi ödənişin artmasında öz müsbət nəticəsini göstərməkdədir.
İmişli elektrik şəbəkəsindən (EŞ) “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, müəssisə üzrə  cari ilin yanvar ayında 17,5 milyon kilovatsaata yaxın elektrik ener jisi istehlak edilmişdir. Ötən ilin müvafiq dövründə isə bu göstərici 21,8 milyon kilovatsaatdan artıq olmuşdur. Ümumi ödəniş isə 55 faizə yaxın olmuşdur. Nəticədə istehlak 20 faizə yaxın azalmış, ödənişdə isə mütləq artım 2,2 faiz olmuşdur. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə 4,4 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin müvafiq dövründəki istehlakdan 3,2 milyon kilovatsaat azdır. Hesabat ayında ödəniş 74 faizdən çox, ötən ilin müvafiq dövründə isə bu göstərici 44 faizə yaxın olmuşdur.
Sabirabad EŞ-dən verilən məlumata görə isə, burada cari ilin yanvar ayında 19 milyon kilovatsaata yaxın (ötən ilin müvafiq dövründə bu göstərici 22,2 milyon kilovatsaatdan artıq olmuşdur) elektrik enerjisi istehlak edilmişdir. Ümumi ödəniş isə 49 faizdən artıq (ötən ilin müvafiq dövründə bu göstərici 38 faiz olmuşdur) olmuşdur. Nəticədə, ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 3,3 milyon kilovatsaata yaxın azalmış, ödənişdə 11 faizə yaxın mütləq artım olmuşdur. O cümlədən,  daimi əhali istehlakçı qrupu üzrə isə 14,4 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. Bu da ötən ilin müvafiq dövründəki istehlakdan 3,8 milyon kilovatsaata yaxın azdır. Ödəniş isə 45 faizdən artıq olmuşdur. Ötən ilin müvafiq dövründə isə bu göstərici 36 faizə yaxın olmuşdur.
Füzuli EŞ-dən əldə etdiyimiz məlumata görə, cari ilin yanvar ayı ərzində burada 15,3 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. Bu da ötən ilin müvafiq dövründəki istehlakdan 32 min kilovatsaata yaxın azdır.
Ümumi ödəniş isə 56 faizdən artıq olmuşdur.