“AZƏRENERJİ” ASC-NİN İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI

Tarix : 18-03-17 10:00

Azərenerji” ASC tərəfindən stabil olaraq, bütün vaxtlarda istənilən şəraitə uyğun qabaqlayıcı tədbirlər görülür.Enerji sistemin dayanıqlığı diqqət mərkəzində saxlanılır. Adi günlərdə olduğu kimi xüsusi günlərdə də qarşımıza qoyulan vəzifələr tam məsuliyyətlə yerinə yetirilir. Novruz bayramı xalqımızın əziz bayramıdır. Bu bayram günlərində də “Azərenerji” ASC-nin struktur vahidinə daxil olan qurumlar həmişəki kimi sabit fəaliyyət göstərəcəkdir.Bayram ərəfəsində təchizatçılar fasiləsiz, keyfiyyətli elektrik enerjisi ilə təmin ediləcəkdir. Son illər mövcud infrastrukturun modernləşdirilməsi, müasir texnologiyaların tətbiqi nəticəsində enerji sistemin dayanıqlığı daha da artırılıb və situasiyalara hazırlıq səviyyəsi yüksəldilib. İstər bayram günləri, istərsə də digər vaxtlarda elektrik enerjisinə olan təlabatı ödəmək üçün əhəmiyyətli dərəcədə generasiya gücünə malikik. Məhz bunun təzahürüdür ki, “Azərenerji” ASC respublikamızın elektrik enerjisi təhlükəsizliyinin təmin olunması və ölkəmizin etibarlı elektrik enerjisi ilə təchiz edilməsi vəzifəsinin öhdəsindən inamla gəlir.

Xalqımızın Novruz bayramını təbrik edirik.