"AZƏRENERJİ" ASC-NİN PREZİDENTİ ENERGETİKA NAZİRİ NATİQ ƏLİYEV İLƏ BAĞLI XATİRƏLƏRİNİ BÖLÜŞÜB

Tarix : 10-06-17 13:25

İyunun 8-də Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən “Florence Nightingale” xəstəxanasında vəfat edən Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyevlə Şəhriyar adına Bakı Mədəniyyət Mərkəzinin binasında vida mərasimi keçirilib.

Vida mərasimində çıxış edən “Azərenerji” ASCnin prezidenti Etibar Pirverdiyev Natiq Əliyevin faydalı ömür sürdüyünü söyləyib. Azərbaycan elektrik energetikasının mövcud vəziyyəti və inkişaf perspektivlərinin Natiq müəllimin hər zaman diqqətində olduğunu, onun səmimiyyət və etimada əsaslanan rəhbərlik üslubunun konkret tapşırıqları müəyyənləşdirmək və bunları Ölkə Başçısının tələb etdiyi səviyyədə yerinə yetirmək imkanı yaratdığını deyib. Vurğulayıb ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müəyyənləşdirdiyin sosial-iqtisadi inkişaf strategiyasının uğurla icra edilməsində Natiq müəllimin özünəməxsus xidmətləri vardır.

Mərhum II Fəxri Xiyabanda dəfn edilib.

Allah rəhmət eləsin.