“AZƏRENERJİ” ASC-NİN PREZİDENTİ TAXTAKÖRPÜ SU ANBARININ TAM HƏCMDƏ SU İLƏ DOLDURULMASI MÜNASİBƏTİ İLƏ KEÇİRİLƏN MƏRASİMDƏ İŞTİRAK EDİB

Tarix : 16-06-17 11:25

Mərasimdə Azərbaycan Respublikası Prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Azər Əmiraslanov, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə, Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov və digərləri iştirak ediblər.

"Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev mərasimdəki çıxışında layihənin ölkənin enerji təminatındakı rolundan bəhs edib, 25 meqavatlıq Taxtakörpü Su Elektrik Stansiyasının şimal rayonları üçün mühüm əhəmiyyətə malik olduğunu bildirib.

ASC prezidenti Taxtakörpüsu elektrik stansiyasının iqtisadi səmərəliliyinə toxunaraq onun Şabran rayonunun bütün elektrik enerjisi istehlakını tam əhatə etdiyini qeyd edib.

Natiq, Su anbarının layihə həcminə, yəni, suyun səviyyəsinin 83 metrə çatdırıldığı görə bu günün əlamətdar olduğunu vurğulayaraq bunun stansiyanın tam gücü ilə işləyəcəyinə əsas verəcəyini söyləyib.