“AZƏRENERJİ” ASC-NİN İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI

Tarix : 23-06-17 11:00

Dövlət səviyyəsində qeyd edilən iki bayramın təqvimdə eyni günə təsadüf etməsi, eyni zamanda ölkəmizin daha bir beynəlxalq tədbirə, nüfuzlu idman yarışına ev sahibliyi etməsi bizi bir daha effektiv işləməyə sövq edir və qarşımıza qoyulan məsulliyyəti ikiqat artırır.

“Azərenerji” ASC dayanıqlı olaraq, bütün vaxtlarda fasiləsiz və keyfiyyətli elektrik enerjisi təminatını həyata keçirməyə hazırdır. İstər bayram və xüsusi günlərdə, istərsə də adi günlərdə təchizatçıların elektrik enerjisinə olan təlabatını ödəmək üçün əhəmiyyətli dərəcədə generasiya gücünə malikdir.

Səhmdar Cəmiyyət respublikamızın elektroenergetika sektorunun təhlükəsizliyinin mühafizəsi və ölkəmizin etibarlı elektrik enerjisi ilə təminatı vəzifəsinin öhdəsindən inamla gəlir. SC-in qarşısına qoyulan vəzifələr müntəzəm olaraq kompleks şəkildə və tam məsuliyyətlə yerinə yetirilir. Enerji sisteminin etibarlılığı və təhlükəsizliyi diqqət mərkəzində saxlanılır, təchizatçılar öz tələbatlarına uyğun olaraq elektrik enerjisi ilə təmin edilir. Son illər elektrik enerji sisteminin mövcud infrastrukturunun müasirləşdirilməsi, yeni texnologiyaların tətbiqi nəticəsində sistemin dayanıqlılığının daha da artırılması və situasiyalara hazırlıq səviyyəsinin gücləndirilməsi bunu deməyə imkan verir.

Bu günlərdə də “Azərenerji” ASC-nin struktur vahidinə daxil olan müəssisələr həmişəki kimi stabil fəaliyyət göstərəcək. Bütün bunlara cavabdehliklə əlaqədar xüsusi iş rejiminə keçirilib və rəhbər işçilərdən ibarət növbətçilik cədvəli tərtib olunub.

Xalqımızı Ramazan bayramı, Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü və 2017 Formula 1 Azərbaycan Qran-Pri yarışının keçirilməsi münasibətilə təbrik edirik.