“AZƏRENERJİ” ASC-NİN İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI

Tarix : 04-07-17 11:00

“Azərenerji” ASC-nin Mərkəzi Dispetçer İdarəsinin verdiyi məlumatda göstərilir ki, 2017-ci ilin iyun ayında “Azərenerji” ASC tərəfindən istehsal edilən elektrik enerjisinin həcmi 1,537 milyard kilovat-saat olub.

Eyni zamanda, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə həyata keçirilib.

Ötən ilin iyun ayı ilə müqayisə edəndə görürük ki, həmin dövrdə “Azərenerji” ASC-də 1,593 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib.