“AZƏRENERJİ” ASC-NİN İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI

Tarix : 02-10-17 12:00

“Azərenerji” ASC sentyabr ayında təchizatçıları tələbatlarına uyğun olaraq, elektrik enerjisi ilə təmin edib.

2017-ci ilin sentyabr ayında “Azərenerji” ASC tərəfindən istehsal edilən elektrik enerjisinin həcmi 1,66 milyard kilovat-saat olub.

Bu dövr ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə davam etdirilib.

Qeyd edək ki, ötən ilin sentyabr ayında bu rəqəm 1,64 milyard kilovat-saat təşkil edib.

O cümlədən, Strateji Yol Xəritəsi çərçivəsində elektrik enerjisinin itkilərinin azaldılması, elektrik enerjisi verilişinin və ötürülməsinin keyfiyyətinin yüksəldilməsi məqsədilə görüləcək tədbirlər üzrə bir sıra layihələr həyata keçirilib.

Ümumilikdə, ay ərzində texniki tələblərə uyğun itkilər qeydə alınıb.