PREZİDENT İLHAM ƏLİYEV MƏLUMATLARIN EMALI, QEYDƏ ALINMASI VƏ ÖTÜRÜLMƏSİ MƏRKƏZİNİN AÇILIŞINDA İŞTİRAK EDİB

Tarix : 15-12-17 14:30

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt şəhərinə səfəri çərçivəsində Sumqayıt Kimya Sənaye Parkının ərazisində “STDC” Məhdud Məsuliyyətli Cəmiyyətinin Məlumatların Emalı, Qeydə Alınması və Ötürülməsi Mərkəzinin açılışında iştirak edib.

Bildirilib ki, burada ABŞ texnologiyasından istifadə olunacaq. Bu layihə yeni iş yerlərinin yaradılması baxımından da əhəmiyyətlidir. Belə ki, müəssisədə ilkin mərhələdə 100 nəfərin işlə təmin olunması nəzərdə tutulur. Data Mərkəz işə düşdükdən sonra Azərbaycanda                                                                                                           “blockchain”in tətbiqi artacaq.