“AZƏRENERJİ” ASC-NİN İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI

Tarix : 06-04-18 12:00

Bu ilin I rübündə - yanvar, fevral və mart aylarında “Azərenerji” ASC-də fəaliyyət göstərən 186 nömrəli “Qaynar xətt” xidmətinə ümumilikdə 2247 zəng daxil olub.

Fasiləsiz olaraq, sutka ərzində 24 saat operativ fəaliyyət göstərən xidmətə ünvanlanan sorğular, məlumatlar və şikayətlər dinlənilərək qeydiyyata alınıb. Bütün zənglər həftənin şənbə və bazar günləri də daxil olmaqla nəzərdən keçirilib, araşdırılıb və aidiyyəti üzrə istiqamətləndirilib.

Belə ki, təkcə Novruz bayramı ilə əlaqədar olan qeyri-iş günlərində, 20-26 mart tarixlərində “Qaynar xətt” xidməti üzrə ümumilikdə 208 zəng qeydə alınıb. Paytaxt Bakı ilə yanaşı, respublikanın digər şəhər və rayonlarından zəng edən müxtəlif kateqoriyalı qrupların müraciətlərinin əksəriyyəti, yəni, 99 faizdən çoxu “Azərenerji” ASC-nin vəzifə və funksiyalarından kənar olan məsələlərlə əlaqədar olub.