“AZƏRENERJİ” ASC-NİN İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI

Tarix : 25-06-18 11:00

Azərbaycan Respublikasının enerji təhlükəsizliyinin təmin olunması,
elektrik enerjisi sisteminin yeni inkişaf və keyfiyyət mərhələsinə qədəm qoyması nəticəsində istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təchizatı məsələsi cari ilin may ayında da uğurla həyata keçirilib.

2018-ci ilin may ayında “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən istehsal edilən elektrik enerjisinin həcmi 1,657 milyard kilovat-saat olub.

Qeyd edək ki, 2017-cı ilin may ayı ilə müqayisədə istehsalda artım müşahidə edilir. Belə ki, ötən ilin müvafiq dövründə bu rəqəm 1,519 milyard kilovat-saat
təşkil edib.

Həmçinin, bu dövr ərzində ölkə enerji sisteminin əlaqəsi olan dövlətlər ilə elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə reallaşdırılıb.

Bununla yanaşı, Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin Tədbirlər Planına uyğun olaraq, yaxın və uzaq perspektivdə nəzərdə tutulmuş vəzifələrin icra vəziyyəti ilə bağlı müvafiq işlər davam etdirilib, eyni zamanda, enerji sisteminin müasirləşdirilməsi diqqətdə saxlanılıb və bununla əlaqədar olaraq, ictimaiyyətin məlumatlandırılması məqsədilə bir sıra tədbirlər görülüb.