ENERGETİKA NAZİRLİYİ VƏ “AZƏRENERJİ” ASC-NİN BİRGƏ OPERATİV MƏLUMATI

Tarix : 03-07-18 20:30

Ötən gün ölkənin elektrik enerjisi sistemində baş vermiş qəzanın nəticələri aradan qaldırılsa da, onun fəsadı səbəbindən axşam saatlarında bəzi yerlərdə elektrik enerjisi məhdudiyyətlə verilir.

Həyati vacib əhəmiyyətli obyektlər elektrik enerjisi ilə artıq təmin edilmişdir. Hazırda vəziyyət nəzarətə götürülmüş və elektrik enerjisinin verilişi bərpa olunur.

Bütün lazımi tədbirlərin görülməsi üçün zəruri işlər davam etdirilir.