“AZƏRENERJİ” ASC-NİN İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ MƏTBUAT XİDMƏTİNİN OPERATİV AÇIQLAMASI

Tarix : 12-07-18 16:30

Təəssüf hissi ilə qeyd edirik ki, Ağsu rayonu Bico kəndi ərazisindən keçən yüksək gərginlikli elektrik verilişi xətlərinin altında naməlum səbəbdən baş vermiş yanğın nəticəsində elektrik enerjisi təminatında müəyyən məhdudiyyətlər yaranmışdır.

Hadisənin başvermə səbəbləri araşdırılır.

İctimaiyyətə, kütləvi informasiya vasitələrinə mütəmadi olaraq açıqlamalar veriləcəkdir.