“AZƏRENERJİ” ASC-NİN İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI

Tarix : 12-07-18 20:00

Məlumat verildiyi kimi, bu gün saat 15-30 radələrində Mingəçevir şəhərindən 151 km məsafədə yerləşən Ağsu rayonunun Bico kəndində və Yevlax rayonunun Xanabad kəndindən 20 km məsafədə eyni vaxtda Hava Elektrik Veriliş xəttlərinin yerləşdiyi ərazilərdə genişmiqyaslı yanğın baş vermişdir.

Baş vermiş yanğın elektrik enerjisinin ötürülməsi sistemində qəzaya gətirib çıxarmışdır.

Bunun nəticəsində enerji təchizatında yaranmış məhdudiyyət “Azərenerji” ASC-nin mütəxəssisləri tərəfindən çevik tədbirlərlə aradan qaldırılmışdır.

Hazırda ölkə ərazisində elektrik enerjisinin təminatı tam bərpa olunub.

Hadisənin törətdiyi fəsadların aradan qaldırılması üçün müvafiq texniki işlər görülür.