“AZƏRENERJİ” ASC-NİN İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ MƏTBUAT XİDMƏTİNİN TƏKZİBİ

Tarix : 24-07-18 20:00

“Azərişıq” ASC- nin mətbuat xidmətinə istinadən bəzi kütləvi informasiya vasitələrində Abşeron rayonu Masazır qəsəbəsi ərazisində “Azərenerji” ASC-nin balans mənsubiyyətində olan 110 kV-luq elektrik verilişi xətlərində aparılan təftişlə əlaqədar enerji təminatında yaranacaq fasilə ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Qeyd edək ki, praktiki olaraq həmin xətlərdə hər hansısa bir təmir-bərpa işləri aparılsa belə, bu elektrik enerjisi təminatında fasiləyə səbəb ola bilməz.

Kütləvi informasiya vasitələrindən xahiş edirik ki,

“Azərenerji” ASC ilə bağlı xəbərləri yaydıqda diqqətli olsunlar və jurnalist peşə etikasına uyğun olaraq dəqiqləşdirmələr apardıqdan sonra ictimailəşdirsinlər.