“AZƏRENERJİ” ASC-NİN İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ MƏTBUAT XİDMƏTİNİN MƏLUMAT

Tarix : 03-08-18 11:00

2018-ci ilin iyul ayında “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən istehsal edilən elektrik enerjisinin həcmi 2,080 milyard kilovat-saat olub.

2017-cı ilin iyul ayı ilə müqayisədə istehsalda artım müşahidə edilir. Belə ki, ötən ilin müvafiq dövründə bu rəqəm 1,883 milyard kilovat-saat təşkil edib.

Eləcə də, bu dövr ərzində ölkə enerji sisteminin əlaqəsi olan dövlətlər ilə elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə həyata keçirilib.

O cümlədən, Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin Tədbirlər Planına uyğun olaraq, yaxın və uzaq perspektivdə nəzərdə tutulmuş vəzifələrin icra vəziyyəti ilə bağlı müvafiq işlər davam etdirilib, eyni zamanda, enerji sisteminin müasirləşdirilməsi diqqətdə saxlanılıb və bununla əlaqədar olaraq, ictimaiyyətin məlumatlandırılması məqsədilə bir sıra tədbirlər görülüb.

Qeyd edək ki, son illər enerji infrastrukturunun modernizasiyası və innovativ texnologiyaların tətbiqi Azərbaycan Respublikasının enerji sisteminin təhlükəsizliyinin və dayanıqlığının möhkəmlənməsinə gətirib çıxarıb. Həmçinin, ixracın diversifikasiyasına nail olunub və ixrac potensialı artırılıb.