“Azərenerji” ASC və “Azərişıq” ASC əməkdaşları bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaqlar.

Tarix : 29-12-18 12:00

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl Bayramı günlərində   istehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi təchizatı ilə əlaqədar “Azərenerji” və “Azərişıq” ASC tərəfindən qabaqlayıcı tədbirlər görülüb.

Belə ki, enerjisistemin dayanıqlığı və etibarlığını qorumaq, istehlakçıları fasiləsiz olaraq elektrik enerjisi ilə təmin etmək,  baş verə biləcək qəzaların dərhal aradan qaldırırılmasını həyata keçirmək üçün “Azərenerji” və “Azərişıq” ASC-lərin rəhbərliyi tərəfindən müvafiq əmrlər imzalanıb. Əmrlərə əsasən hər iki Səhmdar Cəmiyyətlərin mərkəzi aparatları üzrə məsul şəxslərlərdən ibarət növbətçilik təşkil edilib, eyni zamanda sistem əhəmiyyətli yarımstansiya və stansiyalara birbaşa məsul şəxslər təyin edilib. Yüksək, orta və alçaq gərginlikli üzrə bütün ötürücü və paylayıcı elektrik veriliş xətlərinin təkrar yoxlanılması və nəzarətdə saxlanılması təmin edilib.

“Azərenerji” və “Azərişıq” ASC-nin Rəhbərliyi və kollektivi  31-Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl Bayramı münasibətilə  Azərbaycan xalqını təbrik edir, firəvan həyat, işıqlı və uğurlu gələcək arzulayır.