Etibarlılıq və dayanıqlıq üçün Mingəçevir SES-ə əlavə avtotransformator qurlaşdırıldı

Tarix : 05-02-19 12:00

- “Azərenerji” ASC enerjisistemin “Reablitasiya Proqramı” çərçivəsində “Mingəçevir” Elektrik Stansiyasında (ES) təmir-bərpa işləri həyata keçirir. Stansiyada gərginliyi 220/110 kilovolt, (kV) gücü 200 meqavolt amper (MVA) olan avtotransormator, onun 220/110 kV-luq hücrələri, açarlarıı, ayrıcları qurlaşdırılıb. Kür çayının üstü ilə keçməklə 780 metr məsafədə yüksəkgərginlikli 110 kV-luq elektrik xətti çəkilib və avtotransformatora qoşulub.

Eyni zamanda avtotransormator yeni müasir tipli rele mühafizəsi və avtomatikası sistemi ilə təmin edilib. Qeyd edək ki, 4 ildən artıq idi ki, 220/110 kV hissəsiyə əlavə avtotransformator qoşulmadığından birinci avtotransformator fasiləsiz işləyir, qəza riskini artırır və onun üzərində əsaslı təmir-bərpa işləri aparmaq olmurdu. İndi isə yükü digər avtotransformatorun üstünə keçirməklə istənilən təmir işini həyata keçirmək və fasiləsizliyi təmin etmək mümkündür.

Əlavə avtotransormatorun qoşulması ilə dayanıqlıq və etibarlılıq təmin olunmaqla yanaşı, tgərginlik də 2 kV artıb. Eyni zamanda əlavə avtotransformatorun qoşulması Mingəçevir və ətraf regionlarda elektrik enerjisinin keyfiyyətliliyinə də müsbət təsir göstərib”.