“Azərenerjİ” ASC ötən İllİn fevralı İlə müqayİsədə bu İlİn fevralında 24.2 mİlyon kvts daha çox elektrİk enerjİsİ İstehsal edİb

Tarix : 06-03-19 16:00

 “Azərenerji” ASC arxada qalan fevral ayı ərzində 1.945 milyard kvts elektrik enerjisi istehsal edib. Bu isə ötən ilin fevral ayı ilə müqayisədə 24.2 milyon kvts çoxdur. Belə ki, ötən ilin fevral ayında 1.921 milyard kvts elektrik enerjisi istehsal edilmişdi.

Bu ilin fevral ayında istehsal edilən 1.945 milyard kvts elektrik enerjisindən 159.34 milyon kvts qonşu ölkələrə ixrac olunub.