TƏBRİK

Tarix : 19-03-19 12:00

 Hörmətli  energetiklər!

 

Sizi  qədim tarixi köklərə malik olan, mənəvi dünyamızın ən dərin qatlarınadək nüfuz edən, milli-mənəvi dəyərlərimizin təcəssümü sayılan Novruz  bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edir, möhkəm can sağlığı, bahar təravətli xoş günlər arzulayıram. 

Ölkəmizin iqtisadi, sosial, siyasi, mədəni həyatında, o cümlədən elektrik energetika sistemində aparılan yenidənqurma işləri təbiətin dirçəlməsi və yenilənməsi ilə həmahəng olub hər birimizdə nikbin ovqat yaradır, sabaha dərin inam formalaşdırır.

Əziz bayram günündə hamınıza bahar əhval-ruhiyyəsi arzu edirəm.

Yolunuz işıqlı olsun!

Novruz bayramınız mübarək!

 

Baba Rzayev

“Azərenerji” ASC-nin prezidenti