Azərenerjİ Koronavİrusla Mübarİzə Fonduna 1 mİlyon manat köçürdü

Tarix : 24-03-20 08:35

“Azərenerji” ASC koronavirus (COVID-19) xəstəliyinin ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması  məqsədilə Prezident İlham Əliyevin sosial həmrəylik nümayiş etdirilməsi barədə tövsiyələrinə uyğun olaraq irəli sürülən təşəbbüsə qoşulub.

Belə ki, “Azərenerji” ASC-nin əmək haqqı və qənaət olunmuş maliyyə imkanları hesabına 1 milyon manat Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.