“Azərenerjİ”: Pandemİya dövründə ölkədə enerjİ təchİzatı yüz faİz təmİn olunub və olunacaq

Tarix : 11-06-20 13:00

24 saat növbəli iş prinsipi ilə fəaliyyət göstərən və bir saniyə də olsun elektrik enerjisinin istehsalını, o cümlədən ötürülməsini dayandırmayan “Azərenerji” ASC tabeliyindəki müəssisələrdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirməklə yanaşı istehlakçıların dayanılqlı və keyfiyyətli enerji təminatı üçün bütün lazımi addımları atır.

Bu səbəbdəndir ki, pandemiya elan edilən gündən bəri, istər qaydalar yumşaldılanda, istərsə də sərt karantin elan olunan günlərdə elektrik stansiyası, sistem əhəmiyyətli yarımstansiya və yüksək gərginlikli elektrik xətlərində və bununla da enerji təchizatında heç bir problem yaranmayıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qaydalarına uyğun olaraq sərt karantin günlərində də işləməsi vacib sayılan qurum olaraq “Azərenerji”nin əksər əməkdaşları iş başında olublar. Üstəlik bu müddət ərzində pandemiyanın hökm sürdüyü qonşu ölkələrə də enerji ixracı lazımi səviyyədə həyata keçirilib.