“Azərbaycan” İstİlİk Elektrİk Stansİyası əsaslı yenİdənqurmadan sonra İstİfadəyə verİlİb

Tarix : 25-06-20 16:00

“Azərbaycan” İstilik Elektrik Stansiyasının 330 və 500 kilovoltluq açıq paylayıcı qurğuları, 8 enerji bloku, İdarəetmə Dispetçer Mərkəzi, stansiyanın əsas və köməkçi sahələri, bina və qurğuları əsaslı yenidənqurmadan sonra iyunun 25-də istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Dövlətimizin başçısına stansiyada yaradılan şərait barədə məlumat verilib.