“İllİk sərfİyyat mallarının» satın alınması üzrə

Tarix : 08-08-20 12:50

Azərbaycan Respublikası

Azərenerji” ASC

İllik sərfiyyat mallarının»

satın alınması üzrə

 

AÇIQ TENDER ELAN EDİR

                                                                                      

Tender 1 lot üzrə keçirilir:

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər 500 manat məbləğində iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra https://etender.gov.az/ dövlət satınalmalarının vahid internet portalı vasitəsilə iştirakçı kimi qeydiyyatdan keçə bilərlər. (Əlaqələndirici şəxs: Azad Məmmədov, telefon:  490-09-27, 598-05-56;).

İddiaçı şirkətlərin asan/elektron imzaları olması zəruridir. Yalnız asan imzası yaxud elektron imzası olan İddiaçı dövlət satınalmalarının vahid internet portalında qeydiyyatdan keçə bilər.

 

Hesab: AZ35AIIB33020019441024659102

VÖEN : 9900000421

Bank:  “Kapital Bank” ASC Mərkəz Filialı

Kodu:    200026

VÖEN: 9900003611

M/H: AZ37NABZ01350100000000001944

S.W.İ.F.T: AIIBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

             İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  • tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  • tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır).
  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
  • iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  • iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  • İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  • Müvafiq sertifikatlar.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru «Dövlət satınalmaları haqqında» Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) “02” sentyabr 2020-ci il saat 0900-a qədər, bank zəmanəti və tender təklifini isə “10” sentyabr 2020-ci il saat 0900-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş təkliflərə baxılmayacaq.

İddiaçıların tender təklifləri “11” sentyabr 2020-ci il saat 0900-da dövlət satınalmalarının vahid internet portalı vasitəsilə açılacaqdır.

 

 

“Azərenerji” ASC-nin 

 TENDER KOMİSSİYASI