Azərbaycan Respublİkası “Azərenerjİ” ASC 2 ədəd yenİ yük avtomobİllərİn satın alınması üzrə açıq tender elan edİr

Tarix : 02-10-20 12:00

Tender 1 lot üzrə keçirilir:

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər 500 manat məbləğində iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra https://etender.gov.az/ dövlət satınalmalarının vahid internet portalı vasitəsilə iştirakçı kimi qeydiyyatdan keçə bilərlər. (Əlaqələndirici şəxs: Elçin İsmayılov, telefon: 598-05-56, 490-09-27;).

İddiaçı şirkətlərin asan/elektron imzaları olması zəruridir. Yalnız asan imzası yaxud elektron imzası olan İddiaçı dövlət satınalmalarının vahid internet portalında qeydiyyatdan keçə bilər.

 İştirak haqqı heç bir halda geri qaytarılmır.

             İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  • tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı Tender təklifinin qüvvədə olduğu müddətdən ən azı 30 bank günü artıq olmalıdır;
  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
  • Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması;
  • İddiaçının mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı Dövlət Statistika Komitəsi tərəfindən verilmiş sənəd (iri sahibkarlıq subyektləri qanuna əsasən tenderdə iştirak edə bilməz);
  • iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  • iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  • İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  • Mallar sifariş verildiyi vaxtdan sonra ən çoxu 1 ay (30 gün) müddətinə çatdırılmalıdır;
  • Müvafiq sertifikatlar.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru «Dövlət satınalmaları haqqında» Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) “23” oktyabr 2020-ci il saat 0900-a qədər, bank zəmanəti və tender təklifini isə “02” noyabr 2020-ci il saat 0900-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş təkliflərə baxılmayacaq.

İddiaçıların tender təklifləri “03” noyabr 2020-ci il saat 0900-da dövlət satınalmalarının vahid internet portalı vasitəsilə açılacaqdır.

 “Azərenerji” ASC-nin 

 TENDER KOMİSSİYASI