“Azərenerjİ” ASC Hərəkət edən zərbəlİ-kanatlı qazma qurğusu (avadanlıqlarla bİrlİkdə), dİzel generatoru və qoşqu evİn satın alınması üzrə AÇIQ TENDER ELAN EDİR

Tarix : 15-10-20 10:00

Tender 1 lot üzrə keçirilir: Hərəkət edən zərbəli-kanatlı qazma qurğusu (avadanlıqlarla birlikdə), dizel generatoru və qoşqu evin satın alınması.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər 500 manat İştirak haqqını yalnız Asan Ödəniş vasitəsilə həyata keçirdikdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu https://etender.gov.az/ dövlət satınalmalarının vahid internet portalı vasitəsilə adı çəkilən tenderin bölməsində əldə edə bilərlər (Əlaqələndirici şəxs: Elçin İsmayılov telefon:                (012)-598-26-96; 490-09-27; 598-05-56)

İddiaçı şirkətlərin asan/elektron imzalarının olması zəruridir. Yalnız asan imzası yaxud elektron imzası olan İddiaçı dövlət satınalmalarının vahid internet portalında qeydiyyatdan keçə bilər.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

             İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

 

  • tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  • tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  • tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı Tender təklifinin qüvvədə olduğu müddətdən ən azı 30 bank günü artıq olmalıdır;
  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
  • Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması;
  • İddiaçının mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı sənəd;
  • iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  • iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  • İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  • Müvafiq lisenziyalar və sertifikatlar.

Sənədlər Azərbaycan dilində, skan olunaraq dövlət satınalmalarının vahid internet portalına yüklənməlidir (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru «Dövlət satınalmaları haqqında» Qanuna uyğun keçiriləcəkdir.

 İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) “05” noyabr 2020-ci il saat 0900-a qədər, bank təminatını və tender təklifi isə “16” noyabr 2020-ci il saat 0900-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş təkliflərə baxılmayacaq.

İddiaçıların tender təklifləri “17” noyabr 2020-ci il saat 0900-da dövlət satınalmalarının vahid internet portalı vasitəsilə açılacaqdır.

 “Azərenerji” ASC-nin 

 TENDER KOMİSSİYASI