“Azərenerjİ” ASC 1 ədəd yenİ yüksək keçİcİlİk qabİlİyyətİ olan krossover tİplİ sərnİşİn avtomobİlİn satın alınması üzrə AÇIQ TENDER ELAN EDİR

Tarix : 11-12-20 10:00

Tender 1 lot üzrə keçirilir: 1 ədəd yeni yüksək keçicilik qabiliyyəti olan krossover tipli sərnişin avtomobilin satın alınması.

 

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər 500 manat İştirak haqqını yalnız Asan Ödəniş vasitəsilə həyata keçirdikdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu https://etender.gov.az/ dövlət satınalmalarının vahid internet portalı vasitəsilə adı çəkilən tenderin bölməsində əldə edə bilərlər (Əlaqələndirici şəxs: Elçin İsmayılov telefon: 598-26-96;).

İddiaçı şirkətlərin asan/elektron imzalarının olması zəruridir. Yalnız asan imzası yaxud elektron imzası olan İddiaçı dövlət satınalmalarının vahid internet portalında qeydiyyatdan keçə bilər.

 İştirak haqqı heç bir halda geri qaytarılmır.

 

              İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: 

  • tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  • tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 bank günü çox olmalıdır);
  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
  • Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması;
  • İddiaçının mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı Dövlət Statistika Komitəsi tərəfindən verilmiş sənəd (iri sahibkarlıq subyektləri qanuna əsasən tenderdə iştirak edə bilməz);
  • iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  • iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  • İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  • Mallar sifariş verildiyi vaxtdan sonra ən çoxu 1 ay (30 gün) müddətinə çatdırılmalıdır;
  • Müvafiq sertifikatlar.
  • İddiaçı tərəfindən Gəncə şəhərində avtomobilin xidmət mərkəzi olmasına dair öhdəlik məktubu;
  • Təklif olunan avtomobilin yerdən klirensi ən azı 210 mm olmalıdır;
  • Təhvil verilən avtomobilin istehsal ili 2020-ci ildən aşağı olmamalı və sifarişçiyə təhvil verildikdən sonra ən azı 5 il və ya 150 000 km zəmanət verilməlidir və belə zəmanət öhdəlik arayışı formasında elektron portal vasitəsi ilə təqdim olunmalıdır.

 

Sənədlər Azərbaycan dilində, skan olunaraq dövlət satınalmalarının vahid internet portalına yüklənməlidir (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru «Dövlət satınalmaları haqqında» Qanuna uyğun keçiriləcəkdir.

 

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) “06” yanvar 2021-ci il saat 0900-a qədər, bank təminatını və tender təklifi isə “14” yanvar 2021-ci il saat 0900-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş təkliflərə baxılmayacaq.

İddiaçıların tender təklifləri “15” yanvar 2021-ci il saat 0900-da dövlət satınalmalarının vahid internet portalı vasitəsilə açılacaqdır.

  

“Azərenerji” ASC-nin 

 TENDER KOMİSSİYASI