İtalİya İlə Azərbaycan arasında Qarabağla bağlı müqavİlə İmzalandı

Tarix : 18-12-20 17:00

İtalyanlar azad edilən ərazilərdə energetika infrastrukturunun yaradılmasında əməkdaşlıq edəcəklər    

Ali Baş Komandan İlham Əliyevi rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun işgaldan azad etdiyi ərazilərdə  elektroenergetika infrastrukturunun yaradılması məqsədilə “Azərenerji” ASC-nin rəhbəri Baba Rzayevlə İtaliyanın “Ansaldo Energia” şirkətinin rəhbəri Marino Guiseppenin və İtaliyanın ölkəmizdəki səfiri  Augusto Massarinin iştirakı ilə video-konfrans formatında qarşılıqlı əməkdaşlıq sahəsində təchizat müqaviləsi imzalanıb.

Bununla da işğaldan azad edilən ərazilərdə həyata keçiriləcək layihələrə Türkiyə şirkətlərindən sonra başqa bir nüfuzlu dövlət - İtaliya da qol qoydu. “Azərenerji” ilə “Ansaldo Energia” rəhbərlərinin İtaliyanın Azərbaycandakı səfirinin iştirakı ilə imzalanan müqaviləyə görə, Agdam, Füzuli, Kəlbəcər və Qubadlı rayonlarında inşa olunacaq  4 ədəd 110 kV-luq yarımstansiyanın avadanlıqlarla təchizatını məhz “Ansaldo Energia” şirkəti həyata keçirəcək.

Bir daha xatırladaq ki, erməni qəsbkarları 30 il ərzində işgal altında saxladıqları Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında butun infrastrukturu, o cümlədən elektrik stansiyaları, yarımstansiyaları, ötürücü xətləri dagıdaraq yerlə yeksan ediblər. Bu ərazilərdə enerji sistemindən əsər-əlamət belə yoxdur. Laçın, Kəlbəcər, Şuşa və digər işğaldan azad edilmiş ərazilərdə isə erməni qəsbkarları, bütün enerji infrastrukturunu, dağıdıb, apara bildikləri avadanlıqları daşıyıb, apara bilmədiklərini isə ya partladıb, ya da yandırıblar.