B İ L D İ R İ Ş

Tarix : 16-01-21 10:00

“Azərenerji” ASC tərəfindən 27 oktyabr 2020-ci il tarixində elan edilmiş Müxtəlif xüsusi geyimlərin satın alınması üzrə dövlət satınalmalarının vahid internet portalı vasitəsilə keçirilən açıq tenderdə iddiaçılardan daxil olmuş təkliflərin qiymətləndirilməsi həyata keçirilmiş və tender komissiyasının qərarı ilə formal tələblərə cavab verən, ən aşağı qiymət təklif edən "Electro Service" QSC tenderin qalibi elan edilmişdir. Qalib gəlmiş təşkilat ilə ƏDV daxil 686 075,60 (altı yüz səksən altı min yetmiş beş manat 60 qəpik) AZN məbləğində müvafiq satınalma müqaviləsi imzalanmışdır.

Tender Komissiyası