B İ L D İ R İ Ş

Tarix : 16-02-21 12:00

“Azərenerji” ASC tərəfindən 17 dekabr 2020-ci il tarixində elan edilmiş 2 ədəd 28 m və 32 m hündürlüyə qaldırıcı açıq kabini olan yeni yük avtomobilinin satın alınması üzrə dövlət satınalmalarının vahid internet portalı vasitəsilə keçirilən açıq tenderdə iddiaçılardan daxil olmuş təkliflərin qiymətləndirilməsi həyata keçirilmiş və tender komissiyasının qərarı ilə formal tələblərə cavab verən, ən aşağı qiymət təklif edən "Marketinq və Servis Müəssisəsi" MMC tenderin qalibi elan edilmişdir. Qalib gəlmiş təşkilat ilə ƏDV daxil 480 000,01 (dörd yüz səksən min manat 01 qəpik) AZN məbləğində müvafiq satınalma müqaviləsi imzalanmışdır.

Tender Komissiyası