TƏBRİK!

Tarix : 06-03-21 11:00

Hörmətli xanımlar!

Sizi 8 Mart - Beynəlxalq Qadınlar Bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edir, hər birinizə uzun ömür, cansağlığı və ailə səadəti  arzulayıram.

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdikdən sonra ilk qadınlar bayramıdır ki, zəfər sevinci duyğusu ilə qarşılayırsınız. Azərbaycan Qadını ölkəmizin ictimai-siyasi həyatında  həmişə fəal iştirak etmiş, xalqımızın milli və ailə dəyərlərinin qoruyucusu, mədəniyyətimizin və  mənəviyyatımızın ən etibarlı təmsilçisi olmuşdur.

Elm, mədəniyyət, təhsil və həyatımızın digər sahələrində olduğu kimi, elektroenergetika sahəsində də Azərbaycan Qadınının xüsusi yeri və  önəmli  xidmətləri vardır. Hər bir evə nur bəxş etmək kimi şərəfli, xeyirxah və  məsuliyyətli  peşə sahibləri olan qadın əməkdaşların zəhməti çox böyük  dəyərlərə və yüksək  hörmətə layiqdir.

Əziz qadınlar, sizi bir daha bayram münasibətilə təbrik edir və hamınıza Qadın Xoşbəxtliyi arzulayıram!!!

 

Hörmətlə,

Baba Rzayev

“AzərEnerji” ASC-nin prezidenti