TƏBRİK

Tarix : 19-03-21 10:00

Hörmətli energetiklər!

Sizi qədim tarixi köklərə malik olan, mənəvi dünyamızın ən dərin qatlarınadək nüfuz edən, milli-mənəvi dəyərlərimizin təcəssümü sayılan Novruz bayramı münasibəti ilə səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı, bahar təravətli xoş günlər arzulayıram. 

30 ildir ki, hər bir bayramda, ələlxüsus, Novruz bayramında hamı bir-birinə ilk növbədə növbəti bayramda işğal olunmuş torpaqlarımızın azad olunmasını arzulayırdı. Artıq Allah o günü bizə nəsib etdi və Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu itirilmiş torpaqlarımızı geri aldı. Məhz buna görə indi Sizləri bayram münasibəti ilə təbrik etmək insanda gözəl hisslər yaradır. 

İndi Qarabağ da daxil olmaqla ölkəmizin iqtisadi, sosial, siyasi, mədəni həyatında, o cümlədən elektrik energetikası sistemində aparılan tikinti və yenidənqurma işləri təbiətin dirçəlməsi, yenilənməsi ilə həmahəng olub hər birimizdə nikbin ovqat yaradır, sabaha dərin inam formalaşdırır.

Əziz bayram günündə hamınıza bahar əhval-ruhiyyəsi, sağlam və uzun ömür arzu edirəm.

Yolunuz işıqlı olsun!

Novruz bayramınız mübarək!

 

Baba Rzayev

“Azərenerji” ASC-nin prezidenti