BÜTÜN ŞƏHİDLƏRİ DƏRİN HÖRMƏT VƏ EHTİRAMLA ANIRIQ

Tarix : 27-09-21 09:00

27 sentyabr qəhrəman şəhidlərimizin anım günü ilə əlaqədar hər bir Azərbaycan vətəndaşı kimi “Azərenerji” ASC-nin əməkdaşları da şəhidləri dərin hörmət və ehtiramla yad edir. 44 günlük Vətən Müharibəsində gözünü qırpmadan canını fəda edən igidlər əbədi qəlblərdə yaşayacaq.
Qeyd edək ki, Vətən müharibəsi zamanı “Azərenerji” ASC-nin də 130 əməkdaşı könüllü olaraq döyüşlərdə iştirak edib. Onlardan Nəcəfli Oruc Rövşən oğlu, Vəlizadə Kamran Əkpər oğlu qəhrəmancasına şəhid olub. Eyni zamanda 12 “Azərenerji” əməkdaşının övladı şəhidlik zirvəsinə ucalıb.
“Azərenerji” ASC-nin rəhbərliyi və kollektivi səhmdar cəmiyyətin şəhid olan əməkdaşları da daxil olmaqla bütün şəhidlərin ruhu qarşısında baş əyir və Allahdan onlara rəhmət diləyir.