B İ L D İ R İ Ş

Tarix : 22-10-21 17:50

“Azərenerji” ASC tərəfindən 21 avqust 2021-ci il tarixində elan edilmiş Elektrik Stansiyalarında istifadə olunacaq müxtəlif energetik yağların satın alınması  (elektrik stansiyaların mühərriklərində mövcud olan energetik yağlara istehsalçının tələbinə və avadanlıqların istismar qaydalarına uyğun olaraq eyni markalı yağların əlavə edilməsi və yenilərinin tədarük olunması) üzrə dövlət satınalmalarının vahid internet portalı vasitəsilə keçirilən açıq tenderdə iddiaçılardan daxil olmuş təkliflərin qiymətləndirilməsi həyata keçirilmiş və tender komissiyasının qərarı ilə formal tələblərə cavab verən, ən aşağı qiymət təklif edən "Uni Energy Services" MMC tenderin qalibi müəyyən edilmişdir. Qalib gəlmiş təşkilatla müvafiq satınalma müqaviləsi imzalanmışdır.

 Tender Komissiyası