“Azərenerjİ” Zəfər Günü İlə bağlı tədbİrlər keçİrİb

Tarix : 08-11-21 09:00

8 noyabr Zəfər Günü ilə bağlı “Azərenerji” ASC-nin Bakıda və rayonlarda
yerləşən müəssisələrində təntənəli bayram tədbirləri keçirilib.
Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan
Silahlı Qüvvələrinin 44 günlük Vətən Müharibəsində göstərdiyi şücayəti özündə
əks etdirən tədbirlərdə hazırda “Azərenerji”də işləyən və digər qazilər, o
cümlədən şəhidlərin ailə üzvlərinin iştirakıyla ağacəkmə aksiyası baş tutub. Sonra
rəsm sərgisi, şəhidlər baralefi ilə tanışlıq, yekunda pandemiya qaydalarına uyğun
olaraq akt zalında bayram tədbiri keçirilib.
Şəhid ailələri, qazilər də daxil olmaqla iştirakçıların çıxışları olub və yekunda
Vətən Müharibəsində, o cümlədən müharibədən sonra Qarağabağ və Şərqi
Zəngəzurda energetika infrastrukturunun yaradılmasında iştirak edən energetiklər
mükafatlandırılıb.