TARİFLƏR
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2025-ci il 2 yanvar tarixindən qüvvəyə minən Qərarı ilə təsdiq edilmişdir
| № | Xidmətlərin adı |
Tariflər (ƏDV ilə, qəpik/kVts) |
|---|---|---|
| I | II | III |
| 1 | İstehsalçıların topdansatışı | |
| 1.1. | Kiçik su elektrik stansiyaları üzrə | 7,1 |
| 1.2. | Külək elektrik stansiyaları üzrə | 7,3 |
| 1.3. | Günəş və digər bərpa olunan mənbələr üzrə | 8,5 |
| 1.4 | Ənənəvi mənbələr üzrə | 6,2 |
| 1.5. | “Azərenerji” ASC üzrə | 6,2 |
| 2. | Elektrik enerjisinin ötürülməsi | 1,3 |
| 3. | Elektrik enerjisinin təchizatı | |
| 3.1. | Əhali | |
| 3.1.1. | aylıq istehlak həcminin 200 kVts-a qədər (200 kVts daxil) olan hissəsi üçün | 8,4 |
| 3.1.2. | aylıq istehlak həcminin 200 kVts-dan 300 kVts-a qədər (300 kVts daxil) olan hissəsi üçün | 10,0 |
| 3.1.3. | aylıq istehlak həcminin 300 kVts-dan çox olan hissəsi üçün | 15,0 |
| 3.2. | Qeyri-əhali | |
| 3.2.1. | Sənaye və kənd təsərrüfatı | 10,6 |
| 3.2.2. | Digər (o cümlədən, avtomobillərə elektrik enerjisinin satışını həyata keçirən elektrik doldurma məntəqələri) | 12,5 |
| 3.3. | Birbaşa 35 və 110 kV-luq xətlərlə həyata keçirilən, gün ərzində yük tələbatı stabil olan, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kVts-dan az olmayan alüminium sənayesi və ferrosilisium istehsalı sahəsi | |
| 3.3.1. | Gündüz vaxtı (saat 08.00-dan 22.00-a qədər) | 7,0 |
| 3.3.2. | Gecə vaxtı (saat 22.00-dan 08.00-a qədər) | 3,4 |
| 4. | Sabit tarif | |
| 4.1 | Əhali və 1 fazlı təchizat sxemi üzrə qeyri-əhali | 1,0 manat/ay |
| 4.2 | 3 fazlı təchizat sxemi üzrə qeyri-əhali | 3,0 manat/ay |
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin təkliflərini nəzərə alaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:
-
1.
Elektrik enerjisinin ölkədaxili tarifləri təsdiq edilsin (əlavə olunur).
-
2.
Elektrik enerjisinin alışı (və ya ötürülməsi) “Azərenerji” ASC-nin ötürücü şəbəkəsi vasitəsilə həyata keçirildikdə elektrik enerjisinin təchizatçısı tərəfindən bu qərarın 1-ci bəndi ilə təsdiq edilmiş cədvəl bölməsinin 2-ci sətri ilə müəyyən edilmiş tarif əsasında hesablanmış ötürmə haqqı “Azərenerji” ASC-yə ödənilsin.
-
3.
Elektrik enerjisi təchizatı “Azərenerji” ASC tərəfindən həyata keçirilən bu qərarın cədvəl bölməsinin 3.3-cü sətrində göstərilmiş istehlakçılar üçün müəyyən edilmiş tariflərə elektrik enerjisinin ötürülməsi ilə bağlı tariflər də daxildir.
-
4.
Bu qərarın cədvəl bölməsinin 3.3.1-ci və 3.3.2-ci sətirlərində müəyyən edilmiş tariflərlə 1.5-ci və 2-ci sətirləri ilə müəyyən edilmiş tariflər arasında yaranan fərq “Azərenerji” ASC-nin istehsalla bağlı maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinə aid edilsin.
-
5.
Bu qərarın cədvəl bölməsinin 3.1.1-ci, 3.1.2-ci və 3.1.3-cü sətirlərində aylıq istehlak həcmi dedikdə elektrik enerjisinin ardıcıl 30 təqvim günü ərzindəki istehlakı nəzərdə tutulur.
-
6.
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” 2024-cü il 29 dekabr tarixli 18 nömrəli Qərarının 5-ci bəndi ilə müəyyən edilən məqsədlərə görə alınan təbii qazdan istehsal olunan elektrik enerjisinin qiymətləri dövlət tərəfindən tənzimlənmir və həmin istehlakçılara elektrik enerjisinin təchizatı (satışı) “Energetika haqqında” Azərbaycan Respublikası Qanununun 11.3-cü maddəsinə uyğun olaraq müəyyən edilən sərbəst qiymətlərlə həyata keçirilsin.
-
7.
2025-ci il 2 yanvar tarixinədək ölkə daxilində elektrik enerjisinin dəyəri bu qərardan əvvəl qüvvədə olmuş tariflərə uyğun olaraq hesablansın.
-
8.
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə” 2021-ci il 16 oktyabr tarixli 14 nömrəli Qərarı bu qərar qüvvəyə mindiyi tarixdən ləğv edilsin.
-
9.
Bu qərar 2025-ci il 2 yanvar tarixindən qüvvəyə minir.
Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının sədri:
Mikayıl Cabbarov