“Azərenerji” ASC-SOCAR Trading-“Ansaldo Energia” arasında mühüm sənəd imzalandı
COP29
çərçivəsində “AzərEnerji” ASC, SOCAR Trading və İtaliyanın “Ansaldo
Energia” şirkəti arasında karbon kreditlərinə dair üçtərəfli sənəd imzalanıb.
Sənədə
əsasən “Ansaldo Energia” şirkəti Kəlbəcər rayonunda “AzərEnerji” tərəfindən
2023-cü ildə tikilərək istismara verilən “Çıraq-1”, “Çıraq-2”, “Soyuqbulaq”,
“Qamışlı” və “Meydan” kiçik su elektrik stansiyalarında istehsal edilən sıfır
emissiyalı elektrik enerjisi üzrə gələcəkdə yaradılacaq karbon kreditlərini
almaq niyyətini təsdiqləyib.
Qeyd
edək ki, 2024-cü ilin əvvəlində Kəlbəcər rayonunda yerləşən “Çıraq-1”,
“Çıraq-2”, “Soyuqbulaq”, “Qamışlı” və “Meydan” kiçik su elektrik stansiyaları
üçün karbon sertifikatlarının alınması və bununla karbon kreditləri üzrə
könüllü bazarda iştirakın təmin edilməsi məqsədilə “Azərenerji” ASC və “SOCAR
Trading” əməkdaşlığı çərçivəsində Qətərdə yerləşən “Global Carbon Council”
qurumlarına müraciət edilib.
Qeydiyyat
proseduru bitmək üzrə olan beş kiçik su elektrik stansiyasının fəaliyyəti nəticəsində
il ərzində 30 min ton karbon dioksid qazının atmosferə atılmasının qarşısının
alınması nəzərdə tutulub.
Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçiriləcək bu layihə Azərbaycandan karbon kreditləri üzrə könüllü bazarda iştirak üçün müraciət edilən ilk layihələrdəndir